Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır.

Bunu Trend-ə qazaxıstanlı gimnast, Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı Vitaliya Smotrikova deyib.

“Dünya Yaş Qrupları Yarışları irimiqyaslı idman tədbiridir. Bu yarışların iştirakçısı olmaqdan çox şadam. Milli Gimnastika Arenasında müsbət əhval-ruhiyyə hökm sürür. Bu yarışlar mənə böyük təcrübə qazandıracaq və mən gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün daha çox məşq edəcəyəm”, – deyə gimnast bildirib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: