Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final yarışlarına start verilib (FOTO)

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final yarışlarına start verilib.

Yarış başlamazdan əvvəl finalçıların təqdimatı olunub. Final yarışları aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının səfiri, məşhur idmançı, çoxsaylı Avropa və dünya çempionu, məşqçi Vladislav Oskner (Rusiya) açdı.

Dünya çempionatının ikinci günündə final qadınlar üçün fərdi proqramda, üçlüklər arasında və aostep proqramında keçirilir.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.


Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

Üç gün davam edəcək yarış zamanı gimnastlar qadınlar və kişilər üçün fərdi proqramda, qarışıq cütlüklərdə, triolarda, qruplarda, həmçinin aerosoy rəqsi və aostep proqramlarında yarışır. Qaydalara görə, bir iştirakçı bu proqramlardan ən çox üçdə çıxış edə biləcək.

Yarışlar Azərbaycanda pandemiya ilə əlaqədar qüvvədə olan karantin tədbirlərinə uyğun olaraq, sanitariya və epidemioloji tələblər nəzərə alınaraq və tamaşaçısız keçirilir.

Teqlər: