İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəlməsinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib.
“Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu”, – o bildirib.
Nazir müavini vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı.