Sabahdan oktyabrın 1-nə qədər Bakı Metropoliteni QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.
Bu barədə AzerTimes-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır:
“Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq”.