Bu gün Bakı Metropoliteni QSC-nin “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.
AzerTimes QSC-yə istinadən xəbər verir ki, bu, “Əlçatan metro” layihəsi çərçivəsində baş tutacaq.
Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.