Bakı metrosunda xüsusi qurğu quraşdırılacaq

Bakı metrosunda xüsusi qurğu quraşdırılacaq

“Bakı Metropoliteni” QSC metro stansiyalarının eskalatorlarında əlil arabalarının daşınması üçün xüsusi qurğunu sınaqdan keçirəcək.

AzerTimes xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “YARAT” Müasir İncəsənət Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində “Sabah üçün: Sənədli film”in milli premyerasında çıxışı zamanı deyib.

B.Məmmədov qeyd edib ki, artıq sınaq avadanlıqları Rusiyanın Sankt-Peterburq şəhərindən sifariş verilib:

“Biz eyni zamanda İtaliya, Almaniya və Çin istehsalı olan müvafiq avadanlıqlarla maraqlanmışıq. Əlil arabalarının ölçüləri fərqlidir deyə sınaqlara ehtiyac var və bu sınaqlar uğurla yekunlaşsa, həmin qurğudan digər stansiyalarda da tətbiq edilməsi mümkündür. Bu filmdə yer alan əlil arabası istifadəçisi Cəmilə Məmmədli kimi həmvətənlərimizin metrodan rahat istifadə etməsi üçün mümkün variantlar araşdırılır”.

Teqlər: