Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkət intervalında ləngimə
yaranıb.

“Bakı Metropoliteni” QSC-dən AzerTimes-a verilən məlumata görə, “Dərnəgül” metrostansiyasında qatarın maşinist kabinəsində
idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq
işarəvermə siqnalı işə düşüb.

“Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış
keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb.
Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin
qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə
əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb”, –
məlumatda bildirilir.

Teqlər: