Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların yubanması halı baş verib.

AzerTimes xəbər verir ki, stansiyalarda olan vətəndaşlar səkkiz dəqiqə qatar gözləməli olublar.

Bakı Metropoliteni QSC-dən bildirilib ki, qatarların hərəkətində intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

“Dərnəgül” stansiyasında maşinist monitorunda “qapıların bağlanmaması” işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemində yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

Xətdə hərəkətin təşkilinə maneə yaranmaması üçün həmin qatar digər – qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib”, – deyə məlumatda bildirilir.

Teqlər: