Xəbər - Samir Əli – Trend:
Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Bakı metrosunda terror törətməkdə təqsirləndirilən şəxs əfv edilib.
AzerTimes-ın məlumatına görə, “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlunun cəzası 25 ilə endirilib.
Xatırladaq ki, Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.