Bakı metrosunda faciə – oğlan özünü qatar altına atdı

Bakı metrosunda faciə – oğlan özünü qatar altına atdı

Metronun “Ulduz” stansiyasında gənc oğlanın özünü qatarın altına atmasının səbəbi məlum olub.

İyulun 17-də saat 15:00 radələrində 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu stansiyanın platformasından özünü qatar relsinə atıb.

Stansiya nəzarətçilərinin köməyi ilə T.Ələsgərlinin həyatını xilas etmək mümkün olub. O, qatar platformaya çatanda dərhal relslərin üzərindən çıxıb tunelə daxil olub. Metro nəzarətçilərinin köməyi ilə stres vəziyyətində olan T.Ələsgərli polisə təhvil verilib.

İlkin izahatında T.Ələsgərli bildirib ki, özünü ailə münaqişəsi zəminində relslərin üzərinə atıb. O, qeyd edib ki, uzun müddətdir Azərbaycanda yaşamır və bir neçə ölkədə olub. Bir neçə gün əvvəl T.Ələsgərli Bakıya gəlib və bibisinin himayəsində olan doğma bacısı ilə görüşmək istəyib. Lakin bibisi və onun ailə üzvləri bacısının T.Ələsgərli ilə görüşməsinə imkan verməyiblər. O, bacısını görmək üçün bir-neçə dəfə bibisinin yaşadığı ünvana getsə də, bacısı ilə görüşə bilməyib. Nəticədə T.Ələsgərli intihar etmək qərarına gəlib və o, bu addımı atıb.

Maşinist və metro nəzarətçilərinin sayıqlığı nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, T.Ələsgərli hazırda ağır stres keçirdiyindən həkim nəzarətinə verilib.

Dünən saat 18:00

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

Hadisə 17 iyul saat 15 radələrində “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü relslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə saat 15:50 radələrində baş verib: “1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü relslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.