Bakı metropolitenində tikintisi aparılan və şərti adı B-4 olan
stansiyanın qatar yolunun tikintisi başa çatıb.
Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti
departamentinin rəisi Məzahir Nəbiyev deyib.
O bildirib ki, uzunluğu 1000 metrə yaxın olan tunel artıq “Bənövşəyi xətt” üzrə istismarda olan “8 noyabr” stansiyasının
qatar yoluna birləşdirilib.
“Tunel tam hazırdır. Tikinti işləri yekunlaşdırılıb. Qatar yolu
tam müasir səviyyədə inşa olunub. Tuneldə yalnız qatar relslərinin
quraşdırılması prosesi qalıb”, – deyə M.Nəbiyev deyib.