Bakı Metropoliteni QSC COVİD-19 pandemiyasından sonra ilk dəfə ənənəvi qış rejimi qrafiki tətbiq edəcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
“Yeni qrafikə sentyabrın 15-dən keçiləcək. Pik saatlarda “Həzi Aslanov” – ”28 May” sahəsində qatarlar arasında interval 2 dəqiqəyə endiriləcək. Digər sahələrdə isə günün saatından asılı olaraq interval 4 dəqiqəyə qədər olacaq”, – deyə o qeyd edib.