Bakı metrosunda gənc qız və oğlan huşunu itirib.
AzerTimes xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasında baş verib.
Sərnişinlərin qıcolmadan huşunu itirməsi ehtimal olunur.
Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətindən bildirilib ki, sərnişinlərə görə metropoliten işçiləri tərəfindən 2 təcili tibbi yardım briqadası çağırılıb. İlkin tibbi yardım göstəriləndən sonra sərnişinlər yollarına davam edib.