Bakı metrosuna 4 yeni qatar gətirildi

Bakı metrosuna 4 yeni qatar gətirildi

Bakıya daha dörd yeni metro qatarı gətirilib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, müasir – 4-cü nəslə məxsus 81-765. B81-/766.B model olan qatarlar 20 vaqondan ibarətdir.

Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır və “Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda istehsal olunub.

Qeyd edək ki, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.

yeni-qatar