Bakı metropoliteninin vəzifəli şəxsi işə gələrəkən yolda dünyasını dəyişib

Xəbər - Samir Əli – Trend:

Bakı Metropoliteninin vəzifəli şəxsi dünyasını dəyişib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

“Bu gün səhər işə gələrkən, “Bakı Metropoliteni” QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib,” – məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov da metronun “Elmlər Akademiyası” stansiyasında qəfil vəfat edib.

Teqlər: