Bakı Metropolitenində yeni il şousu keçirilir (FOTO)

Bu gün Bakı metropolitenində ənənəvi olaraq ilin sonuna həsr olunan sonuncu sosial layihə həyata keçirlir.

Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib

O qeyd edib ki, şaxta baba və qar qızın iştirakı ilə geniş şou proqramda sehrbaz şən təlxək iri oyuncaqlar iştirak edirlər.

“Bundan əlavə olaraq Bakı Metropoltieni azyaşlı sərnişlərinin də hədiyyələrini də yaddan çıxarmayıb. Şaxta baba və bugünki tədbirin qonaqları azyaşlı sərnişlərimizi hədiyyələr ilə sevindirib. Bu tədbir proqramı dekabrın 30-da davam etdiriləcək. Çünki metropolitenin sərnişin kütləsi çoxdur və onların heç oplmasa bir qismini əhatə etmək üçün bu tədbir iki gün davam edəcək. Bakı Metropoliteni daha bir ənənəsinə uyğun olaraq dekabr ayının 31-i və Yeni ilin ilk günündə konsert proqramları təşkil edəcək . “İçərişəhər” və “28 may” stansiyalarında simli kvartetin ifasında həmrəylik və yeni il mövzusunda mahnılar səsləndiriləcək. Artıq bugündən etibarən metropoilten gücləndirilmiş iş rejiminə keçib”, – deyə o bildirib.

Teqlər: