“Bakı Metropoliteni” tibbi maska ilə bağlı məlumat yayıb

2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində
tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska,
respirator və s.) istifadə tələbi ləğv edilir. Bununla əlaqədar
Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Bu barədə Trend “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər
verir.

Xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabinetinin
son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq
sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin
tibbi maska ilə bağlı tələbi isə mayın 1-dən qüvvədən düşmüş hesab
olunacaq. Bu səbəbdən “Bakı Metropoliteni” QSC-nin tibbi maska ilə
bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən
audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və
qatarlarda ləğv olunacaq.

Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması
təhlükəsi tam aradan qalxmadığından “Bakı Metropoliteni” QSC-nin
aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər
Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və
tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək.

Teqlər: