“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart
tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Sərəncam imzalayıb.

Sərəncamla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli
Sərəncamının birinci hissəsinə “iqtisadiyyat nazirinin” sözlərindən
sonra “birinci” sözü əlavə olunsun və həmin hissədə “Xidməti
rəisinin müavini” sözləri “Xidmətinin rəisi” sözləri ilə,
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal
İnkişaf və Nəqliyyat” sözləri ilə, “Zaur Qurbanov – Azərbaycan
İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini” sözləri
“Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat
və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri”
sözləri ilə əvəz edilib.

Teqlər: