Bəzi özəl məktəblər şagirdləri seçib götürür, buna görə həmin
məktəblərdə göstəricilər daha yaxşıdır.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə
bağlı keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, Bakı mətkəblərində əlaçı şagird də var,
zəif şagird də var.
“Bəzi özəl məktəblər şagirdləri seçib götürür, buna görə həmin
məktəblərdə göstəricilər daha yaxşıdır. Ən vacib məsələ uşaqla ən
balaca yaşlarından düzgün formada məşğul olmaq, onu düzgün
istiqamətləndirməkdir”, – deyə nazir əlavə edib.