Bakı məktəblisi dünya çempionu olub (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Paytaxtın 82 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi K.Kazımov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb.


Qeyd edək ki, bu, onun ilk uğuru deyil. O, 2018-ci ildə Türkiyədə keçirilən dünya çempionatında birinci, Makedoniyada keçirilən Avropa çempionatında isə ikinci yeri tutub.

Twitter: @cingizsafarli

Teqlər: