Ötən 9 ay müddətində Bakı məktəblərinə 113 nəfər direktor müavini təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb
Belə ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub.
Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.