Xəbər - Çinigiz Səfərli – Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.
Bu barədə AzerTimes-a İdarədən məlumat verilib.
Məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb.
Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir.
Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.
Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.
Twitter: @cingizsafarli