Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 741 manat olub

Xəbər - Çingiz Səfərli – Trend:

Paytaxt məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2021-ci ildə 741 manat təşkil edib.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki,BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

Teqlər: