Xəbər - Elçin Mehdiyev – Trend:
2020-2021-ci tədris ilində Bakı məktəblərində 20 direktorun müqaviləsinə xitam verilib.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
M.Vəliyeva vurğulayıb ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer var və Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsinə çıxarılıb.