“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2022-ci ili 9,958 milyon manat xalis mənfəətlə başa vurub.
AzerTimes QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,4 dəfə çoxdur.
Ötən il Bakı Limanının əsas əməliyyat gəlirləri 50,143 milyon manat (əvvəlki ilə nisbətən 18,8 % çox), agentlik haqlarından (digər əməliyyat) gəlirləri 340 min manat (2,7 dəfə az), maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri üçün ehtiyatın qaytarılmasından gəlirləri 1,32 milyon manat (əvvəlki il olmayıb), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 14,865 milyon manat (8,3 % çox), yükləmə və boşaltma fəaliyyəti ilə bağlı xərcləri 7,886 milyon manat (17,4 % az), təmir və saxlanma xərcləri 3,687 milyon manat (10,4 % çox), köhnəlmə xərcləri 3,465 milyon manat (1,9 % çox), qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə xərcləri 1,941 milyon manat (əvvəlki il olmayıb), sosial xərcləri 1,083 milyon manat (10,3 % çox), peşəkar xidmət haqları və konsaltinq xidmətləri xərcləri 951 min manat (32,8 % çox), kommunal xərcləri 834 min manat (10 % çox), İT və kommunikasiya xərcləri 791 min manat (17,4 % çox), sığorta xərcləri 724 min manat (28,8% çox), tədbirlərlə bağlı xərcləri 635 min manat (42,4% çox), sanitariya və ekoloji xərcləri 481 min manat (26,6% çox), ezamiyyə xərcləri 245 min manat (21,3% çox), ofis təchizatı xərcləri 165 min manat (16,7% az), bank kommisiyaları 141 min manat (16,6% az), reklam xərcləri 134 min manat (14,5% çox), tədqiqat və inkişaf xərcləri 1 min manat (48,7 dəfə az), digər xərcləri 234 min manat (4,5 dəfə çox), mənfəət vergisi ödəmələri 2,774 milyon manat (2,1 dəfə çox), digər vergi ödəmələri isə 807 min manat (eyni qalıb) təşkil edib.
Bu il yanvarın 1-nə Bakı Limanının aktivləri 167,238 milyon manat olub ki, bu da illik müqayisədə 55,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 90,8% artaraq 30,547 milyon manata, balans kapitalı isə 49,4 % artaraq 136,691 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.