Bakı Limanının gəlirləri artıb

Xəbər - Fərid Zöhrabov – Trend:

2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı
Limanı) əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan 29,9 milyon
manat gəlir əldə edib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün
hesabatında əksini tapıb.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 20,5% çoxdur.

Xatırladaq ki, ötən il Bakı Limanında 5,6 milyon ton yük
aşırılıb ki, bu da əvvəlki ilə nisbətən 14,6% çoxdur.

Teqlər: