Bakı Limanının da iştirakı ilə Xəzər dənizində ekoloji monitorinq aparılır

1 apreldən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı QSC (Port of Baku) və Dövlət Neft
Şirkətinin (SOCAR) mütəxəssislərindən ibarət ekspedisiya qrupu
Xəzər dənizində monitorinq həyata keçirir.

AzerTimes xəbər verir ki,
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan
elmi-tədqiqat gəmisi ilə həyata keçirilən monitorinqin əsas məqsədi
Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin
müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin
qiymətləndirilməsidir. Monitorinq qrupunda iştirak edən Bakı
Limanının SƏTƏM departamentinin mütəxəssisi Əmrah Dəmirovun verdiyi
məlumata görə artıq 6 neft-qaz yatağı və Astaraçay çayının Xəzər
dənizinə tökülən hissəsindən qurunt, su, dib çöküntüləri,
zooplankton və bentos nümunələri götürüblər. 16 neft-qaz yatağı və
2 çay hövzəsində həyata keçirilməsi nəzərdə tutulan monitorinqin 10
apreldə yekunlaşdırılması planlaşdırılır.

Regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusuna layiq görülən,
Xəzər dənizinin ən müasir limanlarından biri və regional logistika
mərkəzi olan Bakı Limanı fəaliyyətində, eko-sistemin qorunmasına və
inkişaf etdirilməsinə böyük diqqət ayırır, ətraf mühitin qorunması
üçün beynəlxalq və yerli təşkilatların da iştirakı ilə mütəmadi
olaraq layihələr həyata keçirir, proqramlar icra edir.

Teqlər: