Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın onillikdə yükaşırma həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır.
Bunu AzerTimes-a Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.
Onun sözlərinə görə, liman aşırılan yüklərin tonnajı ilə yanaşı, həcmini də artırmağı nəzərdə tutur. Belə ki, Bakı limanı ərazisində təkərli texnikanın 55-60 min TIR həcmində, konteyner yükünün 80 minədək TIR həcminədək artırılması planlaşdırılır: “Bu göstəricilərə çatdıqdan sonra biz potensialın artırılması barədə düşünəcəyik. Yük aşırılması həcminin ildə 10-12 milyon tona çatdırılmasından da limanın genişləndirilməsinin ikinci mərhələsinə keçmək olar. Hazırda biz limanın mümkün potensialının yarısından istifadə edirik”.
(Tərcümə: Orxan Nəbiyev)