Bakı Limanı vasitəsilə neçə ton yük aşırılıb?

Bakı Limanı vasitəsilə neçə ton yük aşırılıb?

2025-ci ilin birinci rübü ərzində Bakı Limanı vasitəsilə 1,9 milyon tondan çox yük aşırılıb.

AzerTimes xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artım nümayiş etdirir.

Limanın konteyner daşımaları da əhəmiyyətli bir artım göstərib.

Bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 126% artım deməkdir. Bu rəqəm, 16 754 TEU daha çox yük daşınması deməkdir.

Həmin dövrdə Bakı Limanında aşırılmış digər yüklər aşağıdakılardır:

– 30 034 TEU konteyner

– 13 711 ədəd təkərli texnika

– 7 765 ədəd vaqon

– 366 min ton quru yük

– 377 min ton neft və neft məhsulları

Bu artım Bakı Limanının regionda mühüm ticarət və logistika mərkəzi kimi rolunun gücləndiyini və yüklərin daha effektiv şəkildə daşındığını göstərir.

Teqlər: