Bakı Limanı regional nəqliyyat qovşağına çevrilə bilər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanını region ölkələri üçün
nəqliyyat qovşağına çevirmək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Bakı limanının
baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən
beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bunun üçün daxili infrastrukturu inkişaf
etdirmək, qonşu ölkələrlə nəqliyyat əlaqələrini genişləndirmək,
eləcə də beynəlxaıq bazarlara çıxış əldə etmək lazımdır.

“Biz daşımaları qlobal səviyyəyə çıxarmağa xidmət edəcək
nəqliyyat qovşağının yaradılmasını istəyirik”, – deyə o
bildirib.

T.Ziyadov qeyd edib ki, Azərbaycan neft gəlirlərini səmərəli
şəkildə bölüşdürərək özünün çoxtərəfli gələcəyini inşa
etməkdədir.

O əlavə edib ki, Qafqaz regionu ölkələri arasında növbəti 10 il
ərzində qlobal ticarətdə yaxşı ticari-iqtisadi dinamika olacaq.

(Tərcümə: Orxan Nəbiyev)