Bakı Limanı əməkdaşlarının AzMİU tələbələri üçün keçirdiyi təlim başa çatıb (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində yeni açılmış “Lojistika və nəqliyyat texnologiyaları” ixtisasında təhsil alan tələbələr üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) tərəfindən təşkil olunan “Liman lojistikası və dəniz daşımaları” adlı 5 günlük təlim başa çatıb. Təlim tələbələrin Port Bakuya səfəri ilə uğurla yekunlaşıb.

Təlim çərçivəsində tələbələrin Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə səfəri təşkil edilib. Burada iştirakçılar limanın iş prinsipi ilə yerində tanış olublar. Təlimin nəticəsi olaraq yaxın günlərdə attestasiya keçiriləcək və uğur qazananlar sertifikatla təltif olunacaqlar.

Limana səfər zamanı BBDTL-nin yüksək səviyyəli nümayəndələri ilə görüşən fakültənin dekanı Elçin Yusifzadə ikitərəfli əlaqələrin davam etdirilməsi və əməkdaşlıq müqaviləsi imzalanması haqqında razılığa gəliblər.

Teqlər: