Bakı limanı Çin limanı ilə anlaşma memorandumu imzaladı

Bakı limanı Çin limanı ilə anlaşma memorandumu imzaladı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb.

QSC-dən AzerTimes-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycandan keçən Orta Dəhliz vasitəsilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.

Memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda, limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Anlaşma memorandumuna görə, həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin Orta Dəhliz vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq.

Teqlər: