Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqının (Aİ) yaxın illərdə reallaşdıracağı flaqman layihənin tərkib hissəsi olacaq.
Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib.
Onun sözlərinə görə, Aİ Bakı limanının fəaliyyətinin rəqəmsallaşdırılmasını, onun ekoloji təmiz zonaya çevrilməsini hədəfləyir: “2021-ci ilin dekabrında “Şərq tərəfdaşlığı” ölkələrinin zirvə görüşü keçiriləcək. Bu görüş zamanı bizim təkliflərimiz səsləndiriləcək. Azərbaycan üzrə təklifi biz hökumətlə birgə hazırlayacağıq. Bu görüşdən sonra investisiya layihəsinin reallaşdırılmasına başlayacağıq”.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)