Bakı Kremlin əsas müttəfiqinə çevrilir – Qazaryan

Bakı Kremlin əsas müttəfiqinə çevrilir – Qazaryan

Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Azərbaycan Rusiya üçün regionda əsas müttəfiqə çevrilir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

“Rusiyanın Cənubi Qafqazda həmişə öz maraqları olub, var və olacaq. Bu maraqları həyata keçirmək üçün Rusiyaya tərəfdaş ölkələr lazımdır. Son vaxtlara qədər Ermənistan ənənəvi olaraq Rusiyanın regionda ən etibarlı tərəfdaşı idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları nəzərə alsaq, görərik ki, Kreml üçün Ermənistan deyil, Azərbaycan hazırda regionda önəmli ölkəyə çevrilib. Ermənistan hakimiyyətinin yürütdüyü siyasət ucbatından Rusiya sadəcə olaraq regionda daha etibarlı tərəfdaş tapmağa məcbur oldu. Rusiya regiondan çıxa bilməz və indiki şəraitdə Azərbaycan onların müstəsna tərəfdaşına çevrilir”, – o bildirib.

Teqlər: