Bakı-İstanbul və İstanbul-Bakı üzrə AZAL-ın bütün reysləri sabah günün birinci yarısına keçirilib

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

Bu barədə AzerTimes-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.


Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və “Azərbaycan Hava Yolları”nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik.

Teqlər: