Bakı İslam Universitetinin məzunlarına diplomların verilməsi məsələsi araşdırılır

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bakı İslam Universitetinin məzunlarına diplomların verilməsi və tanınmaması ilə bağlı məsələ araşdırılır. Bu məsələyə laqeyd yanaşılmır.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Novruz bayramından sonra araşdırmanın nəticəsi açıqlanacaq: “2000-ci ildən sonra təhsil alan 4000-dən çox tələbə diplom istəyir. Bu məsələyə qaydalar konteksində yanaşılır. Həm Dövlət İmtahan Mərkəzi, həm də digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır”.

Teqlər: