Bakı işi bitirdi, indi tələb edir. Bəs, biz nə etdik?

Bakı işi bitirdi, indi tələb edir. Bəs, biz nə etdik?

Azərbaycan Laçın dəhlizini tələb edir. Alternatov yolu onlar demək olar ki, tamamlayıblar, ancaq Ermənistan tərəfi bizim hissədə hələ tikintiyə belə başlamayıblar.

AzerTimes xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında azərbaycanşünas kimi təqdim edilən erməni alim Anjela Əlibəyova qeyd edib.

“Başqa sözlə desək, 2020-ci il 10 noyabr bəyanatında qeyd edilən alternativ yol texniki olaraq mövcud deyil, amma Azərbaycan hazırkı dəhlizi təhvil verməyi tələb edir.

Normal adamda təbii ki, məntiqi sual yaranır: niyə Ermənistan tərəfi bizim hissəni indiyə qədər tikməyib?” – erməni ekspert qeyd edib.

O, Gorus-Qafan yolunu misal göstərib və bildirib ki, Ermənistan vaxtında yeni yol tikmədiyi üçün Azərbaycana düşən hissəni Azərbaycan tələb etdi. O zaman Ermənistanın “Tatev yolu” daş-kəsəkli yola döndü.

Erməni alim ritorik sualla analoji vəziyyətin Laçın yolu ilə bağlı da olacağına işarə edib: Azərbaycan tərəfi yeni yolu çəkib və dəhlizi geri alacaq, Ermənistan tərəfdə isə yenə yolsuzluq başlayacaq.

Teqlər: