Bakı İrəvana sülh əlini uzatdı, lakin… – Səfir

Bakı İrəvana sülh əlini uzatdı, lakin… – Səfir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə məhv edilmiş Füzuli şəhərinin görüntülərini paylaşıb.

AzerTimes xəbər verir ki, diplomat bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

Səfir vurğulayıb ki, bunu qonşumuz Ermənistan edib və bu qəbildən olan sübutlar sonsuz saydadır:

“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh əlini uzatdı. Lakin buna baxmayaraq, yenə də Ermənistan tərəfdən aqressiya ilə üzləşdi. Geri qalanını siz mühakimə edin”, – deyə səfir qeyd edib.

Teqlər: