Bakı İrəvana 1 sentyabra qədər vaxt verdi – Erməni deputat

Bakı İrəvana 1 sentyabra qədər vaxt verdi – Erməni deputat

Azərbaycan Ermənistandan Xankəndiyə gələn Laçın dəhlizinin alternative yola dəyişdirilməsi üçün İrəvana maksimum 1 sentyabra qədər vaxt verib.

AzerTimes xəbər verir ki, bu barədə erməni müxalif deputat Tiqran Abramyan yerli mediaya açıqlamasında deyib.

O, Ermənistan XİN-in marşrutun dəyişdiriləcəyi təqdirdə yolun rejiminin dəyişdirilməsi təhlükəsi ilə bağlı bəyanatını xatırladıb:

“Bəs niyə Ermənistan yeni yolun inşası ilə bağlı məsələ qaldırmayıb? Hakimiyyət kulislərdə bu marşruta razılaşır, Laçın şəhəri, Sus və Zabux kəndləri qaytarır, amma bundan irəli gələn addımları atmır. Yolun Ermənistandan keçən hissəsinin çəkilmədiyi halda necə böyük problemlərin yaranacağını dərk etdikləri halda hakimiyyət bu yolu inşa etmədi”.

Teqlər: