“Bakı-İrəvan sülhü” üçün mübarizə gedir – Badalyan

“Bakı-İrəvan sülhü” üçün mübarizə gedir – Badalyan

O bəyanatlar situativ xarakteri daşıyır: yəni Azərbaycan hansı, Ermənistan hansı sözləri işlədir? Həmin ritorika faktlara və situasiyaya görə dəyişə bilər, əsas problem odur ki, bu gün həqiqətən sülhü təmin edən müqavilənin imzalanması üçün mühit yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Akop Badalyan Ermənistan TŞ katibi Armen Qriqoryanın dekabrın sonuna qədər sülh sazişinin imzalanmasının mümkünlüyü barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, dekabrın sonuna qədər bəlkə də hansısa sənəd imzalana bilər:

“Amma onun adı niyyət sazişi və ya memorandum, bəyannamə olacaq. İstənilən sənəd imzalana bilər, baxmayaraq ki, mən bu ehtimalı çox aşağı hesab edirəm, amma bu, sülh demək olmayacaq. Və nəinki hər iki tərəfin, ilk növbədə Qafqazda nüfuz uğrunda mübarizə aparan güc mərkəzlərinin fərqli mövqelərini nəzərə alaraq, yaxın gələcəkdə tam saziş imzalamağı təsəvvür etmək mənim üçün çox çətindir. Bütövlükdə bu güclərin hamısı Azərbaycanla Ermənistan arasında sülh istəyir, amma hamı sülhün öz ideyalarına, strategiyasına uyğun olmasına çalışır. Mübarizə də burada davam edir. O mübarizə ümumən dünya miqyasında gedən mübarizə ilə birbaşa bağlıdır və bu şəraitdə Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış sülh müqaviləsinin imzalanmasına nail olmaq çətindir”.

Teqlər: