Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı heç bir irəliləyiş yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələlik dəqiq anlaşma yoxdur. Rusiya Federasiyası tərəflərlə təmasları davam etdirir”, – o deyib.