Bakı-İrəvan görüşü ilə bağlı təkliflər var – Ovannisyan

Bakı-İrəvan görüşü ilə bağlı təkliflər var – Ovannisyan

Vasitəçilər müxtəlif imkanlar təklif edir, müxtəlif tərəfdən səylər davam edir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Ermənistan-Azərbaycan danışıqlarının hansı formatda davam etdiyi sualına cavab verərkən deyib.

“Vasitəçilər müxtəlif imkanlar təklif edirlər, daha ətraflı məlumat verə bilmərəm. Bu, prosesin davam etməsi deməkdir. Axı bu proses təkcə yüksək səviyyəli görüşlərdən deyil, həm də müəyyən ekspertlər səviyyəsində hazırlıq və müzakirələrdən ibarətdir”, – o bildirib.

Rusiya XİN nümayəndəsi Zaxarovanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı səsləndirdiyi təklifə gəlincə, Ovannisyan qeyd edib ki, bu hələ də ideya kimi səslənir:

“Konkret addımlar barədə heç nə bilmirəm”.

Teqlər: