Bakı-İrəvan gərginliyi buna mənfi təsir edir – Overçuk

Bakı-İrəvan gərginliyi buna mənfi təsir edir – Overçuk

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupunun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Təbii ki, istənilən kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir. Bizi ləngidir və yenidən müzakirəyə qayıdana qədər vaxt gedir”, – o bildirib.

Onun sözlərinə görə, yeni şərtlər yarandığı təqdirdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü keçirilə bilər.

Teqlər: