Yunanıstan regionda sülh və təhlükəsizliyə nail olmaq üçün Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında danışıqların bərpasının tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Yunanıstanın müdafiə naziri Nikos Dendias erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransında deyib.
“Biz təbii və gözlənildiyi kimi, erməni xalqının tərəfindəyik”, – o vurğulayıb.
O qeyd edib ki, Yunanıstan BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında dialoqu dəstəkləyərək aydın mövqe tutur.