Bakı imkanlarını və güc balansını yenidən qiymətləndirir

Bakı imkanlarını və güc balansını yenidən qiymətləndirir

Azərbaycan Ermənistanla danışıqlar prosesində konkret addımlar atmaqdan yayınır.

AzerTimes xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan Bakının Vaşinqtonda XİN səviyyəsində danışıqlardan imtina etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı indi öz imkanlarını və güc balansını yenidən qiymətləndirir:

“Azərbaycanın Ermənistana qarşı “ərazi iddiaları” var. Ermənistanın işğal etdiyi iddia edilən 8 kənd barədə – anklavlar haqda danışır. Ola bilsin ki, bu mərhələdə Bakı vaxt udmağa çalışacaq və lazımi anda konkret istiqamətə “təcavüz” edəcək”.

Buna baxmayaraq, Abramyan etiraf edib ki, sərhədin müəyyən hissələrində düşmənin (Azərbaycan Ordusunun – red.) təhlükəli cəmləşməsi və ya hərəkəti barədə konkret məlumat yoxdur.

Teqlər: