Bakı imkan vermir, ya İrəvan saya bilmir? – Asryan ifşa etdi…

Bakı imkan vermir, ya İrəvan saya bilmir? – Asryan ifşa etdi…

Ermənistan Baş Qərargah rəisi Rdvar Arsyan yenidən 12-14 sentyabr toqquşmalarında itkiləri haqda danışıb.

AzerTimes xəbər verir ki, Edvard Asryan Azərbaycanı ittiham edib və meydanda qalan erməni əsgərlərin meyitlərinin götürülməsinə imkan verilmədiyini bildirib.

“İtkin düşmüş son 25 hərbçi haqqında məlumat əldə etmək üçün hökumətin qərarı ilə yaradılmış komissiya var ki, orada müvafiq işlər aparılır. 10 cəsəd bizə təhvil verilib, DNT müayinəsindən sonra itkin düşənlərin sayı azalacaq”, – o deyib.

Qəribədir, Nikol Paşinyan 14 oktyabrda sentyabrda toqquşmaları zamanı 210 erməni əsgərin öldüyünü və itkin düşdüyünü, 293 əsgərin isə yaralandığını bildirmişdi.

19 oktyabrda isə Paşinyan bəyan etdi ki, 12-14 sentyabr toqquşmasında 29 erməni əsgər itkin düşüb.

Əgər ölən və itkin düşənlərin cəmi 14 oktyabrda 210-a qalxmışdısa, 29 itkin (meyiti tapılmayan ölü) ilə rəqəm 239 olmalıdır.

Cəmi bir həftə sonra – 26 oktyabrda Ermənistan parlamentinin sədri Alen Simonyan ölən erməni əsgərlərin sayının 240 nəfər olduğunu elan etdi.

Əgər itkin düşən 29 əsgərdirsə və say 210-dan 240-a qalxırsa, onda ya yaralılardan biri ölüb, ya da itkin düşənlərin sayı haqda yalan məlumat yayılır.

27 oktyabrda Azərbaycan 10 erməni əsgər meyitini qarşı tərəfə təhvil verdi.

Beləliklə, ölənlərin sayı 250 olmalıdır və Paşinyanın açıqlamasına görə, daha itkin-filan qalmamalıdır.

Ancaq indi Asryan deyir ki, 10 erməni əsgərin təhvil verilməsindən sonra “itkin düşən 25 erməni əsgərin sayı azalacaq”, – yəni 15 itkin qalacaq.

Belə çıxır ki, Ermənistan 12-14 sentyabr döyüşlərində ölən, itkin düşən və yaralanan əsgərlərini hələ də sayıb bitirə bilməyib və yaxud hər qurum özü bildiyi kimi “sayır”…

Teqlər: