Biz Bakı ilə Yerevan, Yerevanla Ankara arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Cənubi Qafqazda qarşılıqlı fəaliyyət mehriban qonşuluq prinsipləri əsasında və region ölkələrinin maraqlarının balansı nəzərə alınmaqla həyata keçirilməlidir:
“Biz Qarabağla bağlı məsələləri Azərbaycanın və ya Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərlə qarışdırmağı düzgün hesab etmirik. Biz son Azərbaycan-Türkiyə təmaslarını məhz bu baxımdan nəzərdən keçiririk. Hesab edirik ki, regionda bütün ikitərəfli münasibətlər, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı yönəlməməlidir”.
(Tərcümə: Orxan Nəbiyev)