Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib.
O aydınlaşdırıb ki, hər iki tərəf tədricən bir-birinə sülh sazişinin mətni ilə bağlı təkliflər verir:
“Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini verib. Ermənistan bu təkliflər üzərində işləyir və onlar hazır olduqdan sonra bizim təkliflərimiz Azərbaycana göndəriləcək”.
Qeyd edək ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan fevralın 8-də İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirmişdi.