Ermənistan Azərbaycanla danışıqlar prosesində müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, onların bu formatlar çərçivəsində davam etdirilməsini istəyir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
“Sülh müqaviləsi layihəsinin, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə aparılıb. Ona görə də danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, – Xandanyan bildirib.