Bakı ilə münasibətlərin normallaşması üçün… – Mirzoyan

Bakı ilə münasibətlərin normallaşması üçün… – Mirzoyan

Ermənistan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar zamanı deyib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir.

Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər.

Teqlər: